Qardaş bacısını qətlə yetirib
Zaqatalanın Yuxarı Tala kəndində 1980-ci il təvəllüdlü Nətəvan Əhmədova odlu silahla qətlə yetirilib. Hadisəni qadının qardaşı 1989-cu il təvəllüdlü Nurlan Əsgərovun mübahisə zəminində törətdiyi məlum olub. Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub. Cinayət işi üzrə istintaq aparılır.
Fərid Mehdiyev