Qardaş bacısı qətlə yetirib
Ağcabədinin Hindarx qəsəbəsində 1993-cü il təvəllüdlü Səbinə Məmmədova öldürülüb. Araşdırmalarla 1991-ci il təvəllüdlü Sadiq Kərimovun aralarında yaranmış mübahisə zamanı dəmir linçlə xəsarətlər yetirərək bacısını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda cinayət işi başlanılıb. Sadiq Kərimov şübhəli şəxs qismində tutulub.
Azad Mustafayev