Qardabani rayonunda Azərbaycanın tarixi qələbəsinə həsr olunan avtoyürüş keçirilib
2020-11-11 16:09
Gürcüstanın azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda Azərbaycanın tarixi qələbəsinə həsr olunan avtoyürüş keçirilib. Azərbaycan bayrağının nümayiş olunduğu yürüş boyu “Yaşasın Azərbaycan!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” kimi şüarlar səsləndirilib. Qardabaninin mərkəzində Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən uğrunda şəhid olanların xatirəsi yad edilib. Aksiya iştirakçıları Rustavi şəhərində ulu öndər Heydər Əliyevin abidəsini də ziyarət ediblər. Azərbaycanın qələbəsi Marneulinin Sadaxlı kəndində də qeyd olunub.
Vüsalə Camal