Qarakənd faciəsindən 32 il ötür
Qarakənd faciəsindən - Göyərtəsində Azərbaycanın siyasi elitasının olduğu vertolyotun erməni silahlı birləşmələri tərəfindən vurulmasından 32 il ötür. “Mİ-8” hərbi vertolyotu ermənilər tərəfindən 1991-ci il noyabrın 20-də Xocavəndin Qarakənd kəndi üzərində vurulub. Nəticədə Azərbaycanın dövlət xadimləri, hökumət nümayəndələri, deputatlar, jurnalistlər və ekipaj üzvləri - ümumilikdə 22 nəfər həlak olub.
Nərgiz Camalzadə