Qarakənd faciəsindən 29 il ötür
2020-11-20 10:06
Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycana məxsus "Mi-8" helikopterinin ermənilər tərəfindən vurulmasından 29 il ötür. Ermənistan silahlı bölmələri tərəfindən 1991-ci il noyabrın 20-də helikopterin vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar. Terror aktı nəticəsində ümumilikdə 22 nəfər həyatını itirib.
Fərid Mehdiyev