Qaraheybətdə helikopter qəzasından 2 il ötür
DSX-nın hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramasından 2 il ötür. Hadisə nəticəsində 14 nəfər yüksək rütbəli zabit şəhid olub, 2 nəfər isə ağır yaralanıb. Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanıb və işin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.
Nərgiz Camalzadə