Qaradağlı qətliamdan 31 il ötür
Ermənilərin Qaradağlı kəndində törətdiyi qətliamdan 31 il ötür. 1992-ci il fevralın 17-də törədilmiş Qaradağlı faciəsi Xocalı soyqırımınadək olan ən qanlı faciə kimi tarixə yazılıb. Həmin gün Ermənistan silahlı qüvvələri Xocavənd rayonunda azərbaycanlıların yaşadığı Qaradağlı kəndinə hücum edərək kənd sakinlərini xüsusi amansızlıqla işgəncə verərək qətlə yetiriblər. Kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub.
Nərgiz Camalzadə