Qaradağlı faciəsindən 30 il ötür
2021-02-17 10:07
Bu gün Qaradağlı faciəsinin ildönümüdür. Faciədən 30 il ötür. Xocavənd rayonunun Qaradağlı kəndi erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparıb. Kənd 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, erməni işğalçıları dinc əhaliyə qarşı soyqırımı həyata keçirib. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib.
Vüsalə camal