"Qarabağ"ın çempionluq mükafatları "Araz Naxçıvan"la oyundan sonra təqdim olunacaq
Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün qalibi olan "Qarabağ"ın çempionluq mükafatları 36-cı turun oyunundan sonra təqdim olunacaq. "Araz Naxçıvan"la üz-üzə gələcək "köhlən atlar" matç sonrası qızıl medal və kubokla mükafatlandırlacaq. "Araz Naxçıvan" - "Qarabağ" görüşü mayın 26-sı oynanılacaq.
Vüsalə Cənnətova