"Qarabağ"ın tarixi oyunu: Ağdam klubu mərhələ keçmək arzusundadır
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək. Bu mərhələdə "Qarabağ" Almaniyada "Bayer 04" ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq. Görüşü ingiltərəli FIFA referisi Entoni Teylor idarə edəcək.
Paytaxtımızdakı ilk matç 2:2 hesabı ilə nəticələnib. Cavab matçından öncə keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov fikirlərini bölüşüb.
Azad Mustafayev