Qarabağ və Şərqi Zəngəzur bölgələrinin yenidən qurulmasında ən çox dəstək verən Türkiyədir - Prezident İlham Əliyev
Tarixin ən önəmli anlarında Azərbaycana dayaq olmuş qardaş Türkiyənin İkinci Qarabağ müharibəsi zamanı da yanımızda olmasını, daim yüksək qiymətləndirir və heç zaman unutmuruq. Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası işində və yenidən qurulmasında Azərbaycana ən çox dəstək verən yenə də qardaş Türkiyədir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ölkəsinin milli bayramı münasibəti ilə təbrik məktubunda Prezident İlham Əliyev vurğulayıb. "Əminəm ki, “Bir millət iki dövlət” şüarını rəhbər tutan ölkələrimiz arasında müttəfiqlik münasibətləri birgə səylərimizlə bundan sonra da yüksələn xətlə inkişaf etməyə davam edəcək", - deyə dövlətimizin başçısı qeyd edib.