Qarabağ Universitetinin SABAH qruplarına tələbə qəbulu aparılacaq ixtisaslar məlum olub
2024/2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsində SABAH qruplarına tələbə qəbulu aparılacaq ixtisaslar məlum olub. Bunlar Azərbaycan dili və ədəbiyyatı, İbtidai sinif, Riyaziyyat və Xarici dil müəllimliyidir. Eləcə də Hüquqşünaslıq, Maliyyə, Beynəlxalq münasibətlər və Mühasibatlıq üzrə ixtisaslar siyahıya daxil edilib.
Zülfiyyə Telmanqızı