"Qarabağ" "Qəbələ"ni, "Zirə" "Neftçi"ni qəbul edəcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 31-ci turun daha iki oyunu keçiriləcək.
İlk olaraq çempionluğunu rəsmiləşdirmiş "Qarabağ" "Qəbələ"ni qəbul edəcək. "Köhlən atlar"ın 72 xalı var, "qırmızı-qaralar" 16 xalla sonuncu - onuncu pillədə qərarlaşıb.
Günün ikinci matçında "Neftçi" "Zirə"nin qonağı olacaq. Meydan sahibləri 46 xalla dördüncü, "ağ-qaralar" 47 xalla üçüncüdür.
Fərid Mehdiyev