"Qarabağ" ilk dəfə UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksəlib
"Qarabağ" tarixində ilk dəfə UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksəlib. Qurban Qurbanovun komandası buna turnirin qrup mərhələsinin VI turunda Bakıda İsveçin "Hakken" klubuna qalib gəlməklə nail olub. Azərbaycan təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib.
Azad Mustafayev