"Qarabağ" "Hakken" ilə oyuna tam hazırdır
"Bu il son oyuna çıxırıq. Bizim üçün vacib qarşılaşmadır". Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda İsveçin "Hakken" klubuna qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin VI turunun oyunundan əvvəl mətbuat konfransında deyib. 51 yaşlı mütəxəssis futbolçuların tam hazır olduğunu bildirib. Yalnız Finlandiyada əməliyyat olunan müdafiəçi Kevin Medina Bakıdakı oyunu buraxacaq. Dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” görüşü saat 21:45-də başlayacaq.
Fərid Mehdiyev