Qarabağ dünya reytinqində irəliləyib
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının açıqladığı klubların yeni dünya reytinqində 301 komanda yer alıb. Siyahıya düşməyi Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" bacarıb. Aktivində 143,5 xal olan "köhlən atlar" 8 pillə irəliləyərək 83-ü olub. İlk "3-lük"də 329 xalla "Flamenqo", 311 xalla "Liverpul" və 308 xalla "Palmeyras" qərarlaşıb.