"Qarabağ" Bakıda "Gent"i qəbul edəcək
"Qarabağ" bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirəcək. "Köhlən atlar" Bakıda Belçika "Gent"ini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 21:45-da başlayacaq. Ağdam təmsilçisi matça ciddi itkilərlə çıxacaq. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan əvvəl mətbuat konfransında çıxış edərək matçla bağlı düşüncələrini paylaşıb.
Nərgiz Camalzadə