"Qarabağ" Azərbaycan Kubokunun qalibi olub
Futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib. Final matçında "Qarabağ" və "Zirə" komandaları üz-üzə gəliblər. Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 2:1. Beləliklə, "Qarabağ" səkkizinci dəfə ölkə kubokunda qızıl medallara sahib çıxıb. Cari mövsüm Azərbaycan Premyer Liqasının da qalibi olan komanda mövsümü "qızıl dubl”la başa vurub. Ağdam təmsilçisinin oyunçularına mükafatlar və kubok təqdim olunub.
Vüsalə Cənnətova