"Qarabağ" Avstriyada iki yoxlama oyunu keçirəcək
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün iki yoxlama oyunu keçirəcək. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv ilk matçında Almaniyanın "Kayzerslautern" komandası ilə saat 14:30-da üz-üzə gələcək. "Köhlən atlar" ikinci görüşdə Çexiyanın "Viktoriya" klubunu sınağa çəkəcək. Bu oyun saat 20-də başlayacaq.
Vüsalə Cənnətova