Qarabağda yaşıl enerjinin tətbiqi üçün Azərbaycanın yanında olacağıq. Türkiyəli nazir
2021-12-22 18:09
İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilməsi planlaşdırılan “Yaşıl enerji konsepsiyası” çərçivəsində bundan sonra da həm dövlət, həm də özəl sektorumuzla Azərbaycanın yanında olacağıq. Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda deyib. "İnanıram ki, karbohidrogen sənayesi sahəsində birgə həyata keçirdiyimiz çoxsaylı uğurlu əməkdaşlıq təcrübələrinin bərpa olunan enerji sahəsinə transferi əlaqələrimizə yeni təkan verəcək", - deyə nazir bildirib.
Vüsalə camal