Qarabağda qaza illik tələbatın 200 milyon kubmetrədək olacağı nəzərdə tutulur
2020-02-08 14:00
Qarabağda təbii qaza illik tələbatın 200 milyon kubmetrədək olacağı nəzərdə tutulur. Energetika Nazirliyindən bildirilib ki, azad olunmuş ərazilərə dair ilkin planlaşdırma işlərinə artıq başlanılıb və yeni magistral qaz kəmərlərinin ilkin istiqamətləri müəyyənləşdirilib. Böyük Bəhmənli–Füzuli–Hadrut-Şuşa, Azad Qaraqoyunlu-Ağdam, Horadiz-Cəbrayıl-Zəngilan–Qubadlı-Laçın, Goranboy-Kəlbəcər istiqamətində kəmərlərin çəkilməsi planlaşdırılır.
Nərgiz camal