Qarabağda muzdlu kimi döyüşən Livan vətəndaşı ilə bağlı cinayət işinin istintaqı yekunlaşıb

2021-05-05 16:05

Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti Vətən müharibəsində Qarabağda muzdlu kimi döyüşən Livan vətəndaşı ilə bağlı birgə məlumat yayıb. Eulcekcian Viken Abraham və qeyrilərinin mütəşəkkil dəstə halında birləşib terrorçuluq fəaliyyətində iştirak etmələri faktları əsasında başlanmış cinayət işi üzrə istintaqla müəyyən edilib ki, adı çəkilən şəxs maddi mükafat müqabilində hərbi əməliyyatlarda iştirak etmək təklifini qəbul edərək muzdluların olduğu ərazilərə gəlib. Viken Eulcekcian və muzdlu kimi döyüşən digər şəxslər terrorçuluq fəaliyyətində iştirak ediblər. Törətdiyi cinayət əməllərinə görə Eulcekcian barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə ittiham aktı baxılması üçün məhkəməyə göndərilib.

Fərid Mehdiyev

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik