"Qarabağda mədəni irslə bağlı iddialar Fransanın növbəti zəifliyinin nümunəsidir"
XİN-in mətbuat katibi Ayxan Hacızadə Fransanın mədəniyyət nazirinin Ermənistanda səsləndirdiyi fikirlərə münasibət bildirib. Hacızadənin sözlərinə görə, Azərbaycanın Qarabağ bölgəsində mədəni irslə bağlı iddialar Fransanın növbəti zəifliyinin nümunəsidir. Azərbaycan öz ərazilərindəki bütün mədəni və tarixi abidələrin mühafizəsinin vacibliyini çox gözəl dərk edir. Fransanın başqa xalqlara məxsus tarixi və mədəniyyət sərvətlərini müsadirə etmiş ölkə kimi belə iddialar qaldırmağa heç bir mənəvi haqqı yoxdur.
Nərgiz Camalzadə