Qarabağda itkin düşənlər, kütləvi məzarlıqlar və abidələrə dəyən ziyanla bağlı vəziyyət açıqlanıb
Birinci Qarabağ müharibəsi zamanı 3999 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb, 6 nəfər isə 44 günlük Vətən müharibəsində itkin düşmüş sayılır.Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, indiyədək 32 kütləvi məzarlıq aşkar edilib və ümumilikdə 877 nəfərə aid insan qalıqları tapılaraq ekshumasiya olunub. İşğaldan azad olunmuş ərazilərdə abidələrə dəyən ziyanın həcmi isə 700 milyon manatdan çox qiymətləndirilir. Mina təhlükəsi səbəbindən 130-dan çox abidəyə hələlik baxış keçirilməyib.Ölkə üzrə dövlət qeydiyyatına düşməyən abidələrin reyestrə daxil edilməsi üçün Ekspert Şurası yaradılıb.
01 may 2026

