Qarabağda döyüşən livanlı muzdlu terrorçunun məhkəməsi keçirilir
2021-06-08 12:00
Bu gün Yasamal Rayon Məhkəməsində Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmə iclası keçirilir. Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin müdafiəçisinin işin yenidən ibtidai istintaqa qaytarılması istəyi əsassız olduğu üçün rədd edilib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Fərid Mehdiyev