Qarabağda 1993-cü ilədək mövcud olan yataqların diaqnostikası aparılacaq
2020-02-02 18:00
Azad edilmiş ərazilərimizdə birinci mərhələdə 1993-cü ilədək mövcud olan faydalı qazıntı, mineral xammal yataqlarının, yeraltı su ehtiyatlarının təftişi və diaqnostikası aparılacaq. Artıq ilkin qiymətləndirmə işlərinə başlanılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyevin sözlərinə görə, işğalçıların vurduğu ziyan, qalıq ehtiyatlar, perspektiv istiqamətlər müəyyən ediləcək. Bunun əsasında bu ehtiyatlardan səmərəli istifadə edilməsi üçün təkliflər hazırlanacaq.
Vüsalə Camal