"Qarabağ" "Vilyareal"a uduzub son pilləyə düşüb

2020-10-30 10:05

"Qarabağ" UEFA Avropa Liqasının I qrupunda növbəti oyununu keçirib. Ağdam təmsilçisi II turda İspaniya "Vilyarreal"ını qəbul edib. Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar "Başakşehir Fatih Terim" stadionunda baş tutan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ"ın heyətində yeganə qolu Ovusu vurub. Nəticədən sonra xallarını 6-ya çatdıran "Vilyarreal" liderliyini möhkəmlədib. Xalsız "Qarabağ" isə 4-cü pilləyə enib. Baş məşqçi Qurban Qurbanov heyətdə problemlərin olduğunu, uduzsalar da, böyük təcrübə qazandıqlarını bildirib. Qrupun digər oyunu da Türkiyədə keçirilib. “Sivasspor” öz meydanında Təl-Əviv “Makkabi”sini qəbul edib. Bu matçda da qonaqlar qələbə qazanıb - 1:2.

Nərgiz Camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik