Qarabağ və Şərqi Zəngəzurda mədən, Daşkəsən və Şəmkirdə emal layihələri həyata keçiriləcək

Qarabağ və Şərqi Zəngəzurda yeni mədən layihələri həyata keçirilir.AzerGold QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib ki, Dövlət Proqramının icrası ilə işğaldan azad edilmiş ərazilərdə yeni dövr başlayır.Qarabağ və Şərqi Zəngəzurda yerləşən qiymətli və əlvan metal yataqları proqramın əsas prioritetlərindəndir.Ağdərənin Canyataq kəndi ərazisindəki Dəmirli mis mədənində hasilata başlanılıb. Kəlbəcərdə isə yaxın dövrdə hasilatın başlanması planlaşdırılır.Zəngilanda mövcud ehtiyatların yenidən qiymətləndirilməsi, resurs bazasının dəqiqləşdirilməsi və gələcək hasilat üçün texniki və infrastruktur işləri aparılır.Qarabağ və ətraf rayonlarda yeni yataqların müəyyənləşdirilməsi məqsədilə müasir geoloji texnologiyalarla genişmiqyaslı kəşfiyyat işlərinə də başlanılıb.Daşkəsən dəmir filizi layihəsi üzrə ilk istehsal isə 2030-cu ildə başlayacaq. Layihə çərçivəsində Daşkəsəndə filizin zənginləşdirilməsi, Şəmkirdə isə pellet və isti briketləşdirilmiş dəmir istehsalı həyata keçiriləcək. Məhsulun daxili tələbatı ödəməyən hissəsinin ixracı nəzərdə tutulur.

24 sentyabr 2026

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik