Qarabağ və Şərqi Zəngəzurda 30 min hektara yaxın meşə fondu bərpa ediləcək
2021-12-15 18:07
Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib. İşğaldan azad edilmiş rayonların mineral xammal ehtiyatlarının balansı yenidən qiymətləndirilib. Həmçinin, bu ərazilərdə meşəsalma tədbirlərini nəzərdə tutan proqram hazırlanıb. Qarabağ və Şərqi Zəngəzurda 30 min hektara yaxın meşə fondunun bərpası nəzərdə tutulur.
Nərgiz camal