Qarabağ və Şərqi Zəngəzurda 100-dən çox kənd və qəsəbənin ərazi planlaşdırılması başa çatdırılıb
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 100-dən çox kənd və qəsəbənin ərazi planlaşdırılması başa çatdırılıb.Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Ramil Cahangirovun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda yerləşən 12 şəhərin hamısının baş planı hazırlanıb.Ölkənin 79 şəhərindən 68-nin yeni baş planı hazırlanıb və ya mövcud planları yenilənib. Digər şəhərlərin baş planları üzərində işlər davam etdirilir.
26 oktyabr 2026

