Qarabağ Universitetinə yüksək balla qəbul olacaq tələbələrə həvəsləndirici təqaüd veriləcək
Xocalı məktəbində son tamamlanma işləri bitir. Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, orada təxminən 130-150 şagird təhsil ala biləcək. Nazir Xankəndidə fəaliyyət göstərəcək Qarabağ Universitetinə yüksək balla qəbul olacaq tələbələrə həvəsləndirici təqaüd veriləcəyini də bildirib. Hazırda universitetin fəaliyyətə başlaması üçün lazım olan hazırlıq işləri davam edir. Bütün tələbələrin yataqxanada qalması təmin ediləcək.
Vüsalə Cənnətova