Qarabağ tərəfi "Molde" ilə oyunun neytral meydanda keçirilməsi ilə razılaşmır
2020-09-10 10:09
"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"si ilə oyunun Kiprin Larnaka şəhərinə salınmasına münasibət bildirib. Ağdam təmsilçisinin rəsmisi Asif Əsgərov UEFA-nın belə qərar qəbul edə biləcəyini gözlədiklərini söyləyib. Sitat: "Digər federasiyaların UEFA-ya göstərdiyi münasibəti Norveç Futbol Federasiyası göstərmədi. Onlar futbol qanunlarını yox, öz klublarını düşündülər. Bu da federasiya baxımından qəbuledilməz xətdir". Sentyabrın 16-da "AEK Arena"da keçiriləcək "Qarabağ" - "Molde" oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Fərid Mehdiyev