"Qarabağ" Norveçə bir itki ilə yollanıb
"Qarabağ" Norveçin "Molde" klubu ilə keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun oyunu üçün səfərə yollanıb. Yalnız qapıçı Amin Ramazanov zədə səbəbindən kollektivlə birgə səfər matçına yollanmır. Komanda Qurban Qurbanovun rəhbərliyi altında oyun günü son məşqini keçəcək. Sabah keçiriləcək "Molde" - "Qarabağ" görüşü gecə saat 12-də başlayacaq.
Nərgiz Camalzadə