"Qarabağ" - "Marsel" oyunu Polşadan olan hakimlər briqadasına tapşırılıb
2021-02-22 12:07
"Qarabağ" - "Marsel" oyunu Polşadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Bartoş Frankovski UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda ədalətin bərpası üçün çalışacaq. Artıq oyun üçün 10 min bilet satılıb. Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.
Vüsalə camal