Qarabağ münaqişəsinin həlli regionda sülhün bərqərar olması üçün yeni fürsətlər yaradıb. Prezident İlham Əliyev
2021-06-16 12:00
Qarabağ münaqişəsinin həlli regionda sülhün və əmin-amanlığın bərqərar olması üçün yeni imkan və fürsətlər yaradıb. Bu fikri Prezident İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimində deyib. "Dünyada unikal bir haldır ki, uzunmüddətli münaqişədən sonra bir dövlət işğalçını öz torpaqlarından qovub və ədaləti bərpa edib. Biz niyə sülh istəyirik?! Çünki sabit, dayanıqlı və inkişaf regionu yaratmaq istəyirik", - deyə dövlət başçısı bildirib.
Nərgiz camal