Qarabağ müharibəsi dövründə ermənilər tərəfindən Gəncəyə ümumilikdə 5 dəfə raket və ağır artilleriya ilə hücum edilib
2021-10-05 10:00
Düz bir il əvvəl, 5 oktyabrda Ermənistanın Berd rayonu ərazisindən Gəncə şəhəri raket zərbələri ilə atəşə tutulub. Raketlərin şəhərdəki xəstəxanalardan biri, 34 saylı orta məktəb, "Yevlax avtovağzalı" kimi adlandırılan ərazi və Mərkəzi bazara atılması nəticəsində 3 mülki şəxs xəstəxanaya yerləşdirilib, mülki infrastruktura külli miqdarda ziyan dəyib. Axşam saat 20 radələrində ermənilər Gəncəni növbəti dəfə atəşə tutublar. İkinci Qarabağ müharibəsi dövründə ermənilər tərəfindən şəhərimizə ümumilikdə 5 dəfə raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb.
Vüsalə camal