Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə azı 800 mənzil verilməsi planlaşdırılıb

2019-08-09 15:34

"Daha 50 Qarabağ müharibəsi əlilinə avtomobil verilib. Bununla 2019-cu il ərzində müharibə əlillərinə verilən avtomobillərin sayı 280-ə çatıb". Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib. Qurum rəsmisinin sözlərinə görə, nazirlik cari ildə müharibə əlillərinə 600-ə yaxın avtomobilin verilməsini nəzərdə tutub. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə bu il azı 800 mənzil verilməsi planlaşdırılıb.

Vüsalə Camal