"Qarabağ" - "Lex" oyununun biletləri satışa çıxarılıb
2021-06-27 14:13
"Qarabağ" Bakıda Polşa "Lex"inə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu üçün biletləri satışa çıxarıb. Qiymətlər sektorlara uyğun olaraq 5, 10, 20 və 50 manat təşkil edir. İyulun 12-də oynanılacaq qarşılaşma saat 20-də başlayacaq. Matçı İngiltərədən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Endryu Medli olacaq.
Nərgiz camal