Qarabağ Konfrans Liqasında tarixi oyuna çıxır
2021-02-17 10:12
"Qarabağ" bu gün UEFA Konfrans Liqasında tarixi oyuna çıxacaq. Azərbaycan klubları arasında ilk dəfə avrokuboklarda qrup mərhələsini adlayan komanda pley-off mərhələsində ilk matçını keçirəcək. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv Fransada "Marsel" klubu ilə üz-üzə gələcək. "Velodrom" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Oyun öncəsi Qurbanovun mətbuat konfransı keçirilib.
Vüsalə camal