"Qarabağ" Konfrans Liqasında son oyununa çıxır
2021-12-09 10:09
"Qarabağ" bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində sonuncu oyununda İsveçrədə "Bazel"in qonağı olacaq. Matç Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq. Qrupdan çıxması dəqiqləşmiş hər iki kollektiv 1/8 finala birbaşa vəsiqə uğrunda mübarizə aparacaq. Ağdam təmsilçisi qrupu ilk pillədə bitirmək üçün səfərdə mütləq qalib gəlməlidir. Qarabağın baş məşqçisi Qurban Qurbanov oyundan öncə keçirilən mətbuat konfransında qaşıdakı görüşlə bağlı fikirlərini bölüşüb.
Vüsalə camal