"Qarabağ" komandasının Antalyadakı təlim-məşq toplanışının tarixi müəyyənləşib
"Qarabağ" futbol komandasının qışda keçirəcəyi təlim-məşq toplanışı yanvarın 11-dən 20-dək Türkiyədə Antalyanın Belek qəsəbəsində təşkil ediləcək. Komandanın yoldaşlıq matçlarında qarşılaşacağı rəqiblər daha sonra açıqlanacaq. Qeyd edək ki, "Qarabağ" hazırda Misli Premyer Liqasında 10 oyundan sonra 19 xalla dördüncü pillədə qərarlaşıb.
18 noyabr 2026

