"Qarabağ" klubu ermənilərin mülki əhaliyə yönələn terrorunu qınayıb
2020-11-01 15:09
“Qarabağ” futbol klubu Gəncə, Bərdə və Tərtər şəhərlərindəki erməni silahlı qüvvələri tərəfindən günahsız mülki vətəndaşların dəfələrlə bombalanması və öldürülməsini kəskin şəkildə qınayıb. Klubun bəyanatında işimiz futboldur və tezliklə oyunlarımızı Qarabağdakı öz əzəli stadionumuzda oynaya biləcəyimizə inamımız sonsuzdur. Düşünürük ki, idmanın şahı sayılan futbol öz yurdlarından didərgin düşən bir milyona yaxın insanın illər boyu çəkdiyi əziyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün ən yaxşı dinc vasitədir”, deyə bildirilib.
Fərid Mehdiyev