Canlı
"Qarabağ" klubu dünən Ukraynaya yola düşüb

2018-11-07 / 10:36

Avropa Liqasının qrup mərhələsinin V turunda "Vorskla" ilə qarşılaşacaq "Qarabağ" dünən Ukraynaya yola düşüb. Ağdam təmsilçisini aparan çarter reysli təyyarə Poltava hava limanına Bakı vaxtı ilə saat 21:30-da enib. Aeroportda komandanı soydaşlarımız və bir qrup ukraynalı jurnalist qarşılayıb. "Qarabağ" bu gün Aleksey Butovski adına stadionda ilk 15 dəqiqəsi jurnalistlər üçün açıq olacaq məşqə çıxacaq. Məşqdən əvvəl isə baş məşqçi Qurban Qurbanov və futbolçulardan biri mətbuat konfransı keçirəcək.

Vüsalə Camal