Qarabağ İsraildə Makkabi ilə keçirəcəyi Avropa Liqasının I qrupunun ilk tur matçına itkilərlə çıxacaq
2020-10-21 13:09
Qarabağ İsraildə Makkabi ilə keçirəcəyi Avropa Liqasının I qrupunun ilk tur matçına itkilərlə çıxacaq. Ağdam komandasının baş məşqçisi Qurban Qurbanovun sözlərinə görə, müdafiəçi Abbas Hüseynovla hücumçu Mahir Emreli meydana çıxmayacaq. Qəbələ ilə Azərbaycan Premyer Liqasının VI tur matçından sonra əzələsində problemləri olan Hüseynovun hətta 18-liyə düşməsi sual altındadır. Emreliyə gəldikdə, 23 yaşlı forvard hələ topla məşqlərə başlamayıb. Sabah keçiriləcək Makkabi - Qarabağ matçı Bakı vaxtı ilə saat 23-də başlanacaq.
Nərgiz Camal