"Qarabağ" heyəti ən stabil olan klublar arasında lider olub
Azərbaycan Premyer Liqasında heyəti ən stabil olan klublar bəlli olub. Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin hesabatına görə, ilk pillədə "Qarabağ" komandası qərarlaşıb. "Köhlən atlar" bir il ərzində 35, beş il ərzində 67, on il ərzində 111 futbolçudan istifadə edib. İkinci sırada "Qəbələ" yer alıb. Növbəti mövqeni "Neftçi" tutur.
Nərgiz Camalzadə