Qarabağ gözləntiləri alt-üst etdi

2019-08-14 12:07

"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb. Azərbaycan təmsilçisi III təsnifat mərhələsində Kipr APOEL-inə iki oyunun yekununda uduzub. Səfərdəki ilk matçda 2:1 hesablı qələbəyə sevinən Ağdam klubu Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən cavab matçında 0:2 hesablı məğlubiyyətlə üzləşib.

Vüsalə Camal