Qarabağa döyüşməyə gələn erməni iş adamı məhv edilib
2020-10-12 12:01
Döyüşmək üçün Qarabağa gələn erməni mənşəli ispaniyalı iş adamı Armen Knyazyan hərbi əməliyyatlar zamanı məhv edilib. Bu barədə məlumat Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Arayik Arutyunyanın “Feysbuk” səhifəsində yer alıb. O qeyd edib ki, biznesmenin gələcək planlarında qondarma “Dağlıq Qarabağ respublikası”na investisiya qoymaq da olub.
Vüsalə Camal