"Qarabağ" bu gün pley-offa vəsiqəni təmin edə bilər
2021-11-04 10:10
"Qarabağ" bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv 4-cü sınağında Qazaxıstanda "Kayrat"ın qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Hazırda 7 xalla 2-ci pillədə qərarlaşan "Qarabağ" bu tur pley-offa vəsiqəni vaxtından əvvəl təmin edə bilər. Bunun üçün "köhlən atlar" həm rəqibinə uduzmamalı, həm də qrupun digər görüşünün nəticəsini gözləməlidir.
Vüsalə camal