"Qarabağ" bu gün Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edə bilər

2019-08-13 12:11

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək. Ağdam təmsilçisi III təsnifat mərhələsinin cavab matçı çərçivəsində Kiprin APOEL komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 20:30-da start götürəcək. Ötən həftə Nikosiyada reallaşan ilk qarşılaşmada “Qarabağ” 2:1 hesabı ilə qalib gəlib.

Ruhəngiz Hacızadə