"Qarabağ" Avropanın ən çox qol vuran 5-ci komandasıdır
2022/2023 mövsümündə indiyədək Avropanın ən yaxşı 40 çempionatında çox qol vuran komandalar müəyyənləşib. “10-luq"da Azərbaycan təmsilçisi "Qarabağ" da yer alıb. "Köhlən atlar" 54 qolla 5-cidir. Siyahıya 74 dəqiq zərbə ilə Şotlandiya "Seltik"i başçılıq edir. Belçika "Genk"i 57 qolla ikinci, Şotlandiyanın digər komandası "Reyncers" isə 56 qolla üçüncüdür.
Orxan Cəfərzadə